Behrudidən sensasion AÇIQLAMA: “Bizim Həcc ziyartinə gedənlərin pulu Ermənistana axır”

din flash SON XƏBƏRLƏR
Loading...

Məşhur şair Rüstəm Behrudi Həcc ziyarəti, Ərəbistan kralı və həmin pulların xərclənməsi ilə bağlı fikirlərini bölüşüb.

Orman.Az xəbər verir, o, kralın qardaşının Kim Kardaşyana milyonlarla pul xərcləməsindən söz açıb. Behrudi bildirib ki, bizim Həcc ziyarətinə gedən şəxslərin pulları dolayısı ilə Ermənistana axır.

“Erməni parlamentinin bir bir deputatı parlamentin iclasında söyləyir ki, qədim peşənin tanınmış nümayəndəsi Kim Qardaşyanın təkbaşına Ermənistana elədiyi yardım xaricdəki erməni diasporasının elədiyindən bir neçə dəfə artıqdır! Burda bir ricət eləmək ağlıma gəldi…
Yəqin bilirsiniz ki, Səduyə krallığının kralı Kəbənin həm xidmətçisi, həm də ora toplanan gəlirin tam sahibidir!
İkinci ricətim də ondan ibarətdir ki, keçən il dünya mətbuatı yazrdı ki, kralın varisinin Kim Qardaşyana pul qarşılığında yataq təklifi əvvəl baş tutmamış, sonda Kim Qardaşyan 10 milyon dollar qarşılığında təklifi qəbul eləmişdi! Əcəba ,bu 10 milyon bizim Həc ziyarətinə gedənlərin pulu olmasın?!
Burdan belə çıxmırmı ki,bizim həc ziyarətinə xərclədiyimiz pul Kəbənin xəzinəsindən birbaşa kralın cibinə axıb, onun şəxsi puluna çevrilir! O da onu götürüb əyyaşlıq eləmək üçün bir fahişəyə – Qardaşyana verir! Qardaşyan da o pulu Ermənistan hökümətinə bağışlayır!!! Ermənilər də o pula silah alıb həmin silahla əsgərlərimizi öldürür!
Və Həc ziyarətinə xərclənən pullar gülləyə dönüb üstümüzə gəlir!
Bilirəm məni dinsizlikdə günahlandıranlar olacaq, amma, görün
ustad nə deyir:
Dərviş Yunus,ye,yedir,
Bir könül ələ gətir,
Yüz Kəbədən yeyrəkdir,
Bir könül ziyarəti.

Загрузка...