BDU-nun tələbəsini bıçaqlayıb öldürən bu şəxsdir – FOTOLAR

Hadisə kriminal Manşet SON XƏBƏRLƏR
Loading...

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsini öldürməkdə şübhəli bilinən 18 yaşlı Amil Adıgözəlovun fotosu yayılıb.

Orman.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində baş verib.

Sabirabad rayon sakini Amil Adıgözəlov mərhum Rəşad Fətullayevin qonşuluğunda anası ilə birgə kirayədə yaşayıb. Qonşular onun tüfeyli həyat tərzi sürdüyünü və kriminal aləm üzvlərinə simpatiyası ilə fərqləndiyini bildiriblər.

Xəbərin olsun:  Azərbaycanda daha 12 nəfər koronavirusdan sağaldı - RƏSMİ

R.Fətullayev atasına məxsus mağazanın qarşısında olarkən həmyaşıdı olan qonşusu Amil ondan pul istəyib, lakin Rəşad ona pul verməkdən imtina edib. Bu səbəblə başlayan mübahisənin sonunda Amil Rəşada bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

R.Fətullayev BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi imiş.

BDU-nun tələbəsini bıçaqlayıb öldürənin FOTOları


BDU-nun tələbəsini bıçaqlayıb öldürənin FOTOları
BDU-nun tələbəsini bıçaqlayıb öldürənin FOTOları
Загрузка...