BDU-nun müəllimi vəfat etdi

təhsil
Loading...

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi, hüquq üzrə elmlər doktoru Mövsüm Mövsümov 65 yaşında vəfat edib.

Bu barədə “Report”a ali məktəbin Hüquq fakültəsinin dekanı Əmir Əliyev məlumat verib.

Onun sözlərinə görə, M.Mövsümov bir neçə gün əvvəl onkoloji xəstəlikdən əməliyyat olunubmuş.

Xəbərin olsun:  Akademiyada ”islahat”a başlayanlar... - Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışır...

“Yaxınlarının bildirdiyinə görə, əməliyyatdan bir neçə gün sonra Mövsüm müəllimin vəziyyəti ağırlaşıb və dünyasını dəyişib”, – Ə.Əliyev bildirib.

Qeyd edək ki, hüquq üzrə elmlər doktoru M.Mövsümov 1955-cı ildə Füzuli rayonunda anadan olub.

1987-ci ildən Bakı Dövlət Universitetində müəllim işləyib.

Загрузка...