BDU-nun itkin düşmüş tələbəsi görün haradan tapıldı – FOTO

flash Hadisə SON XƏBƏRLƏR təhsil
Loading...

Bakıya getmək adı ilə evdən çıxan tələbə Quba rayonunda tapılıb.

Orman.Az xəbər verir ki, bu barədə “Report”un şimal bürosuna DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, fevralın 17-də itkin düşən Goranboy rayon sakini, Mayis Qurbanov Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində tapılıb. Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan M.Qurbanov artıq ailəsinə təhvil verilib.

M.Qurbanovun Qubaya iş taparaq orada işləmək üçün getdiyi bildirilir.

Qeyd edək ki, Goranboy rayon sakini olan M.Qurbanov ailəsinə öncə Gəncə şəhərinə oradan isə paytaxta gedəcəyini bildirərək evdən çıxıb, daha sonra ailəsi ondan heç bir xəbər ala bilməyib.

Загрузка...