BDU-da daha bir professor vəzifəsindən azad edildi – FOTO

elm flash Hadisə SON XƏBƏRLƏR təhsil
Loading...

BDU rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

Orman.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Qeyd edək ki, əvvəllər BDU rektorunun 3 müşaviri olub. Rektorunun ümumi məsələlər üzrə müşaviri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev bir müddət əvvəl vəzifəsindən azad edilib. Hazırda yalnız bir müşavir – Məzahir Sultanov vəzifəsinin icrasını davam etdirir.

Загрузка...