Bazarlarda qiymətlər niyə qalxır… – REPORTAJ

Cəmiyyət Manşet
Loading...

Azərbaycanda karantin rejiminin qaydaları sərtləşdirilir. Sabahdan evdən çıxmaq üçün rəsmi dairələrdən icazə almaq lazım gələcək. Müşahidələr göstərir ki, karantin rejiminin sərtləşdirilməsi bəzi insanları qabaqcadan ərzaq tədarükü görməyə məcbur edib.

Son günlər ərzaq mağazaları və bazarlarda insanların həftəlik azuqə aldığını görmək olur.

Qeyd edək ki, yaranmış vəziyyətdən istifadə edən bəzi fürsətçil sahibkarlar və alverçilər bir sıra ərzaq mallarını bahalaşdırıblar. Bu, həm iri və xırda mağazalarda, həm də bazarlarda müşahidə olunur.

Modern.az-ın məlumatına görə, Bakıdakı bazarlarda alver edən əksər satıcılar meyvə və tərəvəzlərin qiymətlərində artım olmasını mövsümlə əlaqələndirirlər..

Nizami rayonundakı “8-ci kilometr bazarı” Bakının nisbətən ucuz ticarət obyektlərindən sayılsa da, burada da qiymətlərdəki dəyişiklik nəzrə çarpır.

Belə ki, əvvəllər kq-ı 80 qəpiyə satılan kartof hazırda alıcılara 1 manat və1 manat 50 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Novruz bayramınadək “8-ci kilometr bazarı”nda 1 kq-ı 50-60 qəpik olan soğan indi 80 qəpik-1 manat 120 qəpiyə satılır.

Xiyar 1 manat 30 qəpik – 2 manata, pomidor 2 – 3 manata, yaşıl bibər 2-3 manat, təzə lobya 6-7 manata, badımcan 2 manat 50 qəpik – 3 manata satılır. Sarımsağın 1 kq-ı 8-10 manata, kələminki 90 qəpik – 1 manat, kökünkü 80 qəpik – 1 manatdır.

Göyərtinin dəstəsi 10-15-20 qəpikdir.

Tərəvəzlərlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur.

Xüsusilə alma xeyli bahalaşıb. “Smerinka”, “fuje”, “napoleon”, “palmet”, “cırhacı”, “siqanka”, “qızıləhmədi”, “qala” sortundan olan almaların qiyməti adlarına görə dəyişərək minimum 1 manat 50 qəpikdən başlayıb 4 manatadək yüksəlir.

Nar 2 manat 50 qəpik – 3 manat, portağal 2 manat-2 manat 50 qəpik, narıngi 3 manat-3 manat 50 qəpik, heyva 2 manat 50 qəpik – 3 manat qiymətində təklif edilir.

Bazardakı satıcılar deyirlər ki, qiymətlər aprel ayına xarakterikdir və artımın koronavirusun yaratdığı çətinliklərlə əlaqədar deyil. Amma koronavirus pandemiyasının müddəti uzansa, qiymətlərin bir az da qalxacağını istisna etməyənlər də var…

Загрузка...
Xəbərin olsun:  Spikerdən deputatlara karantin TƏLƏBİ