Baş redaktor meyxana mövzusunda Kəramətə dəstək oldu: “… məncə də lazımsız peşədir” – FOTOFAKT

ədəbiyyat flash SON XƏBƏRLƏR
Loading...

Kulis.Az saytının baş redaktoru, yazıçı Şərif Ağayar həmkarı Kəramət Böyükçölün meyxana barədə tənqidi fikirlərinə münasibət bildirib.

Orman.Az xəbər verir ki, Şərif Ağayar Kəraməti təhqir edənləri qınayıb. Meyxanaya dəstək verənlərin belə təhqirə yol verdiyi halda, bu peşənin həqətən lazımsız olduğunu deyib:

“Kəramət Böyükçöl həssas durumda deyib fikrini, yəqin özü qəsdən bu anı seçib ki, hədəfə daha tez dəysin. Tamam. Buna görə onu qınamaq da olar! Amma o cür söyüşlər! Budur, meyxananın müdafiəçiləri? Budursa məncə də lazımsız peşədir. İki şeyi nəzərə alın: Birincisi, Kəramət statusunda bir kəlmə də olsun ədəbsiz söz yazmayıb. İkincisi də, o, təhqirləri yazanları qanunun imkan verdiyi yolla asanlıqla “qulaqlamaq” olar. Hətta başqa adla yazanları da tapmaq çətin deyil”.

Şərif Ağayar Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadənin ötən gün yazdığı fikirlərinə münasibət bildirib:

“Qəşəm müəllimə deyən olsa ki, Anar fəxri ad alanların siyahısına səni də salıb, səhhəti düzələcək”.

Загрузка...