Bakıda xanım sürücü avtomobilini tunelə çırpdı: “Ağrıyıram, vəssalam” – VİDEO

Hadisə qəza SON XƏBƏRLƏR
Loading...

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Orman.Az ONA-ya istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobili idarə edən xanım Yeni Yasamaldan çıxaraq yüksək sürətlə Bakı Kənar Dairəvi yolundakı tunelə daxil olmaq istəyib, lakin idarəetməni itirib və avtomobil tunelin beton plitəsinə çırpılıb.

Sürücü ONA-ya verdiyi müsahibədə bildirib ki, onunla paralel sağ zolaqda avtomobil hərəkət edib. Tunelə girişdə sözügedən avtomobil qəfil onun qarşısına çıxıb.

Faktla bağlı əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sürücünün sərxoş olub olmamasını aydınlaşdırmaq üçün onu müvafiq məntəqəyə aparıblar. Fakt araşdırılır.

Загрузка...