Bakıda tələbə qız dəm qazından boğuldu

Hadisə SON XƏBƏRLƏR
Loading...

Bakıda 18 yaşlı qız dəm qazından boğulub.

Orman.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Rayonun Əlövsət Əbdulrəhimov küçəsi, ev 124, mənzil 36-da kirayədə yaşayan, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı yaşadığı mənzilin hamam otağında dəm qazından boğulub.

A.Camalovanın meyiti hamamda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Xəbərin olsun:  Xırdalanda avtomobil vuran iki məktəblidən XƏBƏR VAR

Məlumata görə, A.Camalova Tovuz rayon sakinidir və Azərbaycan Dillər Universitetinin tələbəsi olub.

Загрузка...