Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı

Hadisə kriminal SON XƏBƏRLƏR
Loading...

Bakıda dəhşətli qətl baş verib.

Orman.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Xəbərin olsun:  “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Загрузка...