Bakıda “LED” işıqdan istifadə edən sürücünü polis cərimə edə bilmədi – VİDEO

Avto-moto flash Hadisə kriminal SON XƏBƏRLƏR
Loading...

Bakıda sürücü avtomobilində əlavə işıqdan istifadə etdiyinə görə yol polisi tərəfindən saxlanıb.

Orman.Az xəbər verir ki, saxlanma səbəbi üstündə polislə mübahisə edən sürücü sonda sənədləri təqdim etsə də, cərimə yazıldığı halda məhkəməyə müraciət edəcəyini deyib. Sürücünün sənədlərini götürərək xidməti maşınına yaxınlaşan polis az sonra cərimə yazmadan geri qayıdaraq sənədləri sahibinə təslim edib.

Qeyd edək ki, 99 YP 176 qeydiyyat nişanlı yol polisi avtomobilinin sürücüsü digər sürücülərə mane olaraq yol hərəkət qaydasını pozur, dönmə siqnalından istifadə etmədən digər avtomobilin qarşısına çıxır.

Загрузка...