Bakıda kişi küçədə söyüş söyən şəxslərlə mübahisə zamanı bıçaqlanıb

Hadisə kriminal Manşet
Loading...

Bakının Suraxanı rayonunda orta yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Orman.az xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

Bəydəmirov küçəsində iki nəfər mübahisə edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəbərin olsun:  “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Загрузка...