Bakıda daha bir şagird özünü 2-ci mərtəbədən atdı – RƏSMİ

Hadisə SON XƏBƏRLƏR
Loading...

Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub.

Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən Modern.az-a bildirilib ki, mayın 13-ü saat, təxminən, 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb.

Xəbərin olsun:  Azərbaycanda qadınların daha çox çalışdığı sahələr açıqlanıb

Qeyd olunub ki, adı açıqlanmayan şagird bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür”.

Xəbərin olsun:  Bakıda 28 muzeyə giriş pulsuzdur - SİYAHI
Загрузка...