Bakıda dəhşətli qəza: ər öldü, arvadı sağ qaldı

Hadisə SON XƏBƏRLƏR
Loading...

Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib.

Orman.Az Trend-ə istinadən xəbər verir ki, hadisə saat 13:00 radələrində qeydə alınıb. Qaradağ istiqamətində hərəkət edən 40-BN-205 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, “Niva”nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrullayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Xəbərin olsun:  Rusiyada altı nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

1 Saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, R.Nəsrullayeva başından zədə alıb. Hazırda vəziyyəti normaldır.

Загрузка...