Bakıda BMW piyadanı vurub bu hala saldı – Ürəyi zəif olanlar baxmasın – VİDEO

Hadisə kriminal Manşet qəza
Loading...

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Orman.Az xəbər verir ki, şəhərinin Səbail rayonu ərazisində yolu keçmək istəyən piyadanı 10 TX 083 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil vurub.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralıya ilkin tibbi yardım göstərib.

Şahidlərin Orman.Az-a verdiyi məlumata görə, xəsarət alan şəxs ardınca stasionar müalicə üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, piyadanın yolu keçməyə çalışdığı yerdə piyada keçid zolağı yoxdur.

Görüntüləri təqdim edirik.

Diqqət! Ürəyi zəif olanların videoya baxması məsləhət deyil.

Загрузка...