Bakıda 27 yaşlı oğlanın intihara cəhdinin səbəbi məlum oldu – TƏFƏRRÜAT

Hadisə
Loading...

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda intihar hadisəsinin qarşısını alıblar.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində paytaxt sakini, 1993-cü il təvəllüdlü Murad Həmidzadə Qara Qarayev prospektindəki körpüdən özünü atmaq istəyib.

Xoşbəxtlikdən hadisə yerində olan polis əməkdaşları gəncin intihar etməsinin qarşısını alıblar.

Xəbərin olsun:  Göyçayda DƏHŞƏT: - rayon sakini özünü körpüdən çaya atıb

Məlum olub ki, M.Həmidzadənin həyat yoldaşı itkin düşüb və bu günə qədər tapılmayıb.

M.Həmidzadə bildirib ki, onu intihara sövq edən səbəb budur.

Hazırda 24-cü polis bölməsinin əməkdaşları tərəfindən qadının itkin düşməsi ilə bağlı araşdırma aparılır.

Загрузка...