Bakı metrosunda intihara cəhd: Boşandığı üçün… – TƏFƏRRÜAT

Hadisə Manşet
Loading...

Azadlıq” metrostansiyasında özünü qatarın altına atan sərnişin 33 yaşlı Gəncə şəhər sakini M.Abbasov olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Oxu.Az-ın əvvəl yaydığı məlumata görə, hadisə yanvarın 27-də, saat 18:45-də baş verib.

Şahidlər baş verənləri telefonla çəkiblər.

Qatarın yaxınlaşdığını görən kişi özünü relslərin üstünə atıb. Xoşbəxtlikdən maşinist qatarı vaxtında dayandıra bilib, buna görə M.Abbasov xəsarət almayıb.

Xəbərin olsun:  Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar

M.Abbasovun həyat yoldaşının boşanması səbəbindən intihara cəhd etdiyi müəyyən olunub.

Qeyd edək ki, M.Abbasov əvvəl xuliqanlıq maddəsi ilə məhkum edilib.

Загрузка...