“Bakı metropoliteni”nə bu tip vaqonlar gətirilir – YENİLİK

flash Texnologiya
Loading...

“Bakı Metropoliteni” QSC ilə Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin (SC) tərkib hissəsi olan “Metrovaqonmaş” SC arasında bu il ərzində Bakıya “81-765.B/766.B” tipli 30 metro vaqonundan ibarət 6 qatarın çatdırılmasına dair müqavilə imzalanıb.

Orman.Az holdinqin saytına istinadən xəbər verir ki, həmin vaqonların birinci dəstəsinin cari ilin ikinci rübündə gətirilməsi nəzərdə tutulur.

Xəbərin olsun:  "Addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq" - Prezident İlham Əliyev

Qeyd edək ki, sözügedən vaqonlar əvvəlki modellərə nisbətən daha geniş qapılara, qapıların açılıb-bağlanmasının yeni tipli işıqlı xəbərdarlıq sisteminə malikdir. Bundan əlavə, Bakı üçün istehsal olunacaq vaqonlarda xüsusi rəngli qrafika hazırlanacaq.

Загрузка...