Bəhram Bağırzadənin xanımı: Hər an hər şey ola bilər

Mədəniyyət
Loading...

Bəhram Bağırzadənin səhhətində hələlik dəyişiklik dəyişiklik yoxdur, stabildir, reanimasiyadadır.

Kult.az xəbər verir ki, bu sözləri Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında xanımı Şəhla Bağırzadə Teleqraf.com-a danışarkən deyib.

Ş.Bağırzadə həkim olduğunu bildirib:

“Mən özüm də həkiməm. Bəhram reanimasiyda olduğu üçün həkimləri hər an hər şey ola bilər deyə, ümidverici bir söz demirlər. Amma əllərindən gələni edirlər. Dua edirik”.

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Onun ağciyər toxumasının 90 faizdən çox zədələndiyi məlum olub.

Загрузка...