AzTV-də koronavirus HƏYƏCANI – Karantinə alındı

Cəmiyyət
Loading...

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında bildirib ki, həmin operator karantinə alınıb: “Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xəbərin olsun:  DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib

Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.

Загрузка...