“AZAL”ın təyyarələri “Şeremetyevo” aeroportuna uçmur

SON XƏBƏRLƏR Sosial
Loading...

“AZAL” və “Buta Airways” şirkətinə aid təyyarələr Moskvanın “Şeremetyevo” hava limanına uçuşlar həyata keçirmir.
Bu barədə Azvision.az -a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin İctimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hər iki şirkətə məxsus təyyarələr Moskvanın yalnız “Domodedovo” və “Vnukova” hava limanlarına uçur. Bakıda “Şeremetyevo” hava limanına “Aeroflot” şirkətinə məxsus təyyarələrin uçuğu həyata keçirilir.

Qeyd edək ki, Bakı-Moskva və Moskva-Bakı aviareyslərində ləngimələr müşahidə olunur. Moskanın “Şeremetyevo” hava limanında Bakıya gələn təyyarənin eniş vaxtı 14:05-dən 13:05-ə keçirilib. Bundan başqa, Bakıdan Moskvaya olan reys saat 15:10-dan 17:00-a təxirə salınıb.

Xatırladaq ki, dünən Moskvanın “Şeremetyevo” hava limanında “Sukhoi Superjet 100” təyyarəsində yanğın baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub.

Загрузка...