AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək

Sosial
Loading...

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) internetdəki resurslarının yeni platformaya köçürülməsi ilə əlaqədar bu gün saat 20:00-dan aviaşirkətin www.azal.az ünvanındakı saytında bəzi funksiyalar işləməyəcək.

AZAL-ın yaydığı məlumata görə, söhbət internet səhifəsinin aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması hissələrindən gedir.

Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.⠀

Xəbərin olsun:  Biz niyə Bəhram Bağırzadə kimi qayğı ilə əhatə ola bilmirik?-Mətanət Əsgərqızı

“Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı, saytımızdakı əks əlaqə forması və yaxud “WhatsApp”: +994 12 437 40 82 vasitəsilə müraciət edə bilərsiniz”, – məlumatda qeyd edilib.

Загрузка...