Azərbaycanlı qadın yazar erotik şeirini paylaşdı: “Tələsmə, yavaş-yavaş…”

ədəbiyyat flash Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Şair Rəbiqə Nazimqızı erotik şeirini paylaşıb.

Orman.Az xəbər verir ki, xanım yazar paylaşımın əvvəlində “diqqət: 16+ yaşı olmayanların və ağlı 16 yaşından sonra inkişaf etməyənlərin oxuması qadağandır” bildirişini qeyd edib.

Həmin şeiri təqdim edirik:

Mən səni istəyirəm.
Soruşma ki yəni nə.
Qucaqla sıx köksünə
Pıçıldayım səninəm.

Gülümsə, dodağından
Üzümə işıq düşsün.
Qaranlığın köynəyi
Yarıyadək sürüşsün

Saçımda parıldasın
Əllərinin sancağı
Tələsmə, asta-asta
Oyat bu utancağı…

Dadı başqadı başqa,
Çiyələk öpüşlərin.
Ah, məni asta-asta
Yeyəcək öpüşlərin

Düymələri sayıb aç,
Axırdan birinciyə
Aldat guya ömründə
Təkəm, həm birinciyəm

Загрузка...