Azərbaycanlı ilahiyyatçı prezidentə müraciət etdi

din flash SON XƏBƏRLƏR
Loading...

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur…” adlı kitabının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Orman.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, o öz müraciətində kitabının əsassız olaraq qadağan edilməsindən, məzhəbpərəst ekspertin verdiyi qərəzli rəyindən bəhs edib. E. Miri kitabında 7 mövzunun əks olunduğunu bunların hər birinin insanları mövhumatdan, xurafatdan aydınlığa dəvət etdiyini vurğulayıb.

Xəbərin olsun:  "Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib"

E. Miri kitabında İslamda ölüyə Quran oxumağın, azyaşlı qızların ərə verilməsinin, müvəqqəti nikah kimi təqdim olunan siğənin, sehrin, cadunun, kişilərə veriləcəyi iddia edilən huri anlayışının, seyyidlərin və peyğəmbərlərin günahsızlığının olmadığını Qurana əsaslanaraq yazdığını bildirdiyi kitabının yasaqlanmasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aygün Abdullayevanın haqq qazandırdığını və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin həmin ədalətsizliyi qüvvədə saxladıqlarını bildirib.

Xəbərin olsun:  Vəsilə xanım Abulovanın 99 saylı seçki dairəsində qalib olması qaçılmazdır.

O, prezidentdən problemin həlli üçün komitəyə tapşırıq verməsini xahiş edib.

Загрузка...