Azərbaycanlı idmançının məşhur turnirdəki döyüşü ləğv olundu

İdman Manşet
Loading...

MMA idmançımız Tofiq Musayevin döyüşü ləğv olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Rayzin Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara “Twitter” hesabı vasitəsilə məlumat verib.

O bildirib ki, aprelin 19-da Yaponiyanın Yokohama şəhərində keçirilməli olan “Rizin 22” döyüş gecəsi koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Qeyd edək ki, Tofiq Musayev həmin döyüş gecəsində “Killer” ləqəbli braziliyalı Luiz Qustavo Feliks dos Santosla qarşılaşmalı idi.

Xəbərin olsun:  Göyçayda DƏHŞƏT: - rayon sakini özünü körpüdən çaya atıb

Onu da bildirək ki, son məlumata görə, Yaponiyada 2617 nəfər koronavirusa yoluxub. Onlardan 63-ü ölüb.

Загрузка...