Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar

İdman Manşet
Loading...

Sərhədlər bağlandığı üçün Tailandın Phuket adasında qalan dörd azərbaycanlı MMA döyüşçüsü üçün “yaşıl işıq” yanıb. Artıq onlar Bakıya qayıtmağa hazırlaşırlar.

Bu barədə qrupun rəhbəri və digər üç idmançının məşqçisi Aqşin Babayev məlumat verib.

O bildirib ki, onlar Bakıda karantinə alınmayacaqlar:

“İyulun 1-i günorta saat 1-də İstanbula gəlmişik. Burada bizi karantinə almayıblar. İnşallah, ayın 9-u axşam saat 9-da da Bakıda olacağıq. Vətənə dönəndə bizi karantinə almayacaqlar. Çünki biz burada test verəcəyik. Testimiz neqativ çıxsa, nəticəni göstərib, problemsiz evimizə yollana biləcəyik”.

Загрузка...
Xəbərin olsun:  XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB