Azərbaycanlı hərbçinin dəhşətli ölümü – Nişanı üçün xonçalar düzülmüşdü, meyiti gəldi – FOTO

Hadisə Manşet qəza SON XƏBƏRLƏR
Loading...

Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini 1995-ci il təvəllüdlü, Məmmədrəhimov Məcid Elmar oğlu avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Orman.Az xəbər verir ki, o, öz hərbçi iş yoldaşı ilə Qax rayonu ərazisindən keçərkən avtomobil qəzasına düşüb. Nəticədə Məcid Məmmədrəhimov hadisə yerində dünyasını dəyişib.

Mərhumun əmisi oğlu jurnalist Cəmil Məmmədlinin Orman.Az-a verdiyi məlumata görə 24 yaşlı Elmar nəslin ən ərköyün uşağı olub. Məsələnin faciəvi tərəfi isə budur ki, iki gün sonra valideynləri Elmar üçün nişan aparacaqlarmış.

“Evdə bütün hazırlıqlar görülmüşdü, hədiyyələr, xonçalar düzülmüşdü, nəslimizin ən ərköyünü olan bu balacanın iki günə nişanı olmalı idi”.

Mərhum ata yurdu olan Köhnə Xudat Kəndində dəfn edilib. Allah rəhmət eləsin.

Загрузка...