Azərbaycanda uşaq dəhşətli dərəcədə yandı, atası müalicə üçün icazə vermir – VİDEO 18+

flash Hadisə Manşet qəza SON XƏBƏRLƏR
Loading...

Diqqət! Əsəbi zəif olanlar baxmasın. 

Orman.Az xəbər verir ki, Azərbaycanda ağır yanıq xəsarəti alan körpənin ölkədən çıxmasına valideynləri mane olub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Orman.Az-a bildirib ki, uşağın Türkiydə müalicəsi üçün təcili vəsait toplanıb. Qəribəsi odur ki, uşağın atası bir gündən artıqdır uşağın xaricə çıxarılması üçün vəkalətnamə imzalamır. Səbəb isə buna uşağın nənəsinin razı olmaması imiş.

Xəbərin olsun:  Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək?

” 4 gündür uşaq ehtiyatsızlıq üzündən yanıb. Uşağın xaricdə təcili əməliyyat olunması üçün çox böyük vəsait 2 gün ərzində Nərgiz Babayeva adlı xanım tərəfindən vasitəçi olaraq toplanılıb. Uşağı Türkiyəyə aparmaq üçün həkim birqadası hazır vəziyyətdədir. Amma 1 sutkadan çoxdur ki, bu körpə qızcığazın ölkədən çıxarılmasına o, məxluqun, yəni ” ata” dediyimizin icazəsi yoxdur. Bu məxluqun “nənə” dediyimiz anası qoymurmuş vəkalətnamə verməyə”
Kəmalə Ağazadə sonda aidiyyatı şəxslərə səslənib:

Xəbərin olsun:  Milli Məclisin növbədənkənar sessiyası BAŞA ÇATDI

“Çox xahiş edirəm, kömək edin bunun nənəsini, atasını tapım. Onlara nəinki, deyəcəyim sözlərim var. Dua etsinlər ki, uşaq yaşasın. Dua etsinlər ki, yaşasın və sağalsın. Artıq ölkədən körpənin çıxarılmasına aidiyyatı qurumlar dəstək oldu. Amma o atanın və nənənin hüquqi və mənəvi cavabını biz verməliyik”.

Загрузка...