Azərbaycanda ucuz avtomobillər satışa çıxarıldı – QİYMƏTLƏR

İqtisadiyyat Manşet
Loading...

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək.

Orman.az” Day.Az-a istinadən xəbər verir ki, bu dəfə Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Ali Məhkəmənin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. Milli Məclisin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə satışa çıxarılır. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təqdim ediləcək. “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Xəbərin olsun:  Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.
Hərraca çıxarılan avtomobillərin SİYAHISI (http://stateproperty.gov.az/news/view/6240-25-fevral-2020-ci-il-tarixind%C9%99-h%C9%99rraca-%C3%A7%C4%B1xar%C4%B1lan-n%C9%99qliyyat-vasit%C9%99l%C9%99rinin-siyah%C4%B1s%C4%B1?fbclid=IwAR1o1eRrOovnQHWvM0DEaYTKXn-vSuBT8f7tU4DFN-JjUZk01tEBN-26OGM)

Загрузка...