Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı – RƏSMİ

təhsil
Loading...

Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması mayın 4-dək uzadılıb. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Xəbərin olsun:  Xaçmazda məktəb sahəsi 380 manata satılıb? - AÇIQLAMA

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Загрузка...