Azərbaycanda sürücülərə bir ildə 85,6 milyon manat cərimə yazılıb – STATİSTİKA

Məlumat SON XƏBƏRLƏR
Loading...

2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub. Onlardan 722-si həlak olub, 1711-i isə yaralanıb.


Orman.Az xəbər verir ki, rəqəmləri Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirilib ki, hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Xəbərin olsun:  Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş verib, nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olub. Xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən illə müqayisədə 4,3 faiz az), 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,6 faiz çox), 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbərin olsun:  Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı2018-ci il, vahid2017-ci ilə nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi181799,1
Məkanına görə:
magistral avtomobil yollarında18280,9
yaşayış məntəqələrində1635101,7
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı74493,4
toran vaxtı370108,8
gecə vaxtı703101,0
Yol örtüyünün vəziyyətinə görə
quru yol örtüyü170197,1
digər (yaş, buz və s.)116141,5
Zərərçəkənlərin sayı, nəfər243398,5
həlak olanlar72296,3
yaralananlar171199,5
Загрузка...