Azərbaycanda saxta jurnalist arayışı satan dünya çempionundan xəbər var

Hadisə
Loading...

2001-ci ildə boks üzrə yeniyetmələr arasında dünya çempionu olmuş Aslan Bayramovun həbs edildiyini ötən ay bildirmişdik.

Özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov karantin vaxtı pulla saxta icazə kağızı paylayarkən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işinə başlanılıb. 

Xəbərin olsun:  Göyçayda DƏHŞƏT: - rayon sakini özünü körpüdən çaya atıb

Bəs onun hazırkı durumu necədir?

Oxu.Az-ın məlumatına görə, onun tutulmasından bir aydan çox vaxt keçsə də, hazırda Kürdəxanıda (Zabrat-2) yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.

Onun məhkəməsi isə hələ baş tutmayıb.

Bu barədə Azərbaycan Peşəkar Boks Federasiyasının I vitse-prezidenti Fərhad Acalov saytımıza açıqlama verib:

“Aslan Bayramov hələ də həbsdədir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Aslanın məhkəmə məsələsi karantinə görə qalıb. Karantindən sonra onun məhkəməsi olacaq və bundan sonra onun barəsində çıxarılan hökm bizə bəlli olacaq”.

Xəbərin olsun:  Göyçayda DƏHŞƏT: - rayon sakini özünü körpüdən çaya atıb

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah dünən Bakı ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə mayın 18-i, saat 00:00-dan etibarən işlərin qəbulu və baxılmasının tam şəkildə bərpasına qərar verib.

Загрузка...