Azərbaycanda sənaye məqsədli meşələr salınacaq

ekologiya SON XƏBƏRLƏR
Loading...

Azərbaycanda 2019-cu ildə sənaye məqsədli meşələr salınacaq.

Orman.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib. Onun sözlərinə görə, ölkəmizdəki meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil:
“Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar”.

V.Kərimov bildirib ki, meşədən çıxan ağacların 10 faizi yanacaq məqsədi üçün istifadə olunursa, 90 faizi digər məqsədlər üçün istifadə edilir.

Nazirlik rəsmisinin sözlərinə görə, sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və oradakı ağacların hesabına özlərinin materiallara olan tələbatını ödəyə bilərlər. “Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq”.

Загрузка...