Azərbaycanda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edildi

Hadisə Manşet
Loading...

“Kanal13”ün “YouTube” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edib. 

Xəbərin olsun:  Spikerdən deputatlara karantin TƏLƏBİ

Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb. Odur ki, 25.11.2019-cu il tarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. 

Bundan iki gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xəbərin olsun:  “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər.

Загрузка...