Azərbaycanda neft platformasında yanğın – Əraziyə yanğın söndürənlər cəlb olunub – RƏSMİ

Hadisə Manşet
Loading...

Şıx qəsəbəsində platformada yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildiriblər ki, Xəzər Dəniz Gəmiçiliyinin yaxınlığında platformada qatı duman ətrafı bürüyüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq.

Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, Şıx qəsəbəsində fəaliyyətdə olmayan estakadada tüstülənmə olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Hadisənin görüntülərini təqdim edirik.

Xəbərin olsun:  Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

Загрузка...