Azərbaycanda külli miqdarda rüşvət alan orkestr rəhbəri: “Öz mənafeyim üçün xərcləmişəm” – VİDEO

flash Hadisə
Loading...

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi Qədirov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinə başlanılıb.

Lütfi Qədirova Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunaraq, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbərin olsun:  Akar Bakıda İrəvana mesaj göndərdi

Baş Prokurorluq keçirilən əməliyyatın görüntülərini yayıb. Videoda L.Qədirovun yaşadığı evindən 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək, əmək funksiyalarını yerinə yetirməyən əməkdaşların plastik kartlarının və onlara məxsus pul vəsaitlərinin aşkar edilməsi əks olunub.

L.Qədirov istintaqa verdiyi ifadəsində kartlardakı pulları özü çıxardığını etiraf edib:

“Pulları bankomatdan çıxarıb, öz mənafeyim üçün xərcləmişəm”.

Xəbərin olsun:  DTX-nin saxladığı Eldar Həsənovun DOSYESİ

Həmin görüntüləri təqdim edirik:[media=https://youtu.be/0HeJ_D-_ufo]

Загрузка...