Bu şəxslər işə gəlməyəcək – Sədr müavini

flash Manşet
Loading...

Operativ Qərargahın tövsiyələrinə əsasən yaşı 65-dən yuxarı olan işçilərin işə gəlməsinə ciddi yanaşmışıq.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, metropolitendə mayın 31-dək bütün tövsiyələrə əməl olunacaq:

“Sərnişinlərin yoxlanılaraq içəri buraxılmasında əlimizdən gələni edəcəyik. Metropolitendə çıxışlara məhdudiyyət məsələsi olmayıb. Yalnız girişlərdə məhdudiyyət qoyulur və bu, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 8-12 saat çalışan metropoliten əməkdaşlarının sağlamlığı da sərnişinlərin davranışından asılıdır”.

Загрузка...
Xəbərin olsun:  Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb