Azərbaycanda kənd təsərrüfatında istehsal artıb

aqrar İqtisadiyyat Manşet SON XƏBƏRLƏR
Loading...

Cari ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1281,4 milyon manat təşkil edib ki, onun da 1203,1 milyon manatı heyvandarlıq, 78,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Orman.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,9%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9%, bitkiçilik məhsulları üzrə isə 22,2% artıb.
Təsərrüfatlarda yanvar-aprel aylarında 40,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof və 91,6 min ton və yaxud 3% çox tərəvəz məhsulları istehsal edilib.

Загрузка...