Azərbaycanda istehlak bazarı 2%-dən çox artıb

İqtisadiyyat SON XƏBƏRLƏR
Loading...

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,4 mlrd manat olmaqla 2018-ci ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 2,4% artıb.

Orman.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini real ifadədə 2,4% üstələyərək 13,8 mlrd manata bərabər olub, onun 46,1%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 365,4 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Загрузка...