Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”lar koronavirusa görə bağlandı

flash Manşet
Loading...

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılıb.

“Report” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qeyd olunub ki, koronavirus (COVID-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Xəbərin olsun:  Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı - FƏRMAN

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.

Xəbərin olsun:  Zakir Həsənovun müavini vəzifəsindən azad edildi - RƏSMİ

Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb.

Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bir ay müddətinə dayandırılır.

Загрузка...