Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Sağlamlıq
Loading...

Azərbaycanda 559 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 659 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbərin olsun:  Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma - FOTO

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.

Загрузка...