Azərbaycanda dərsdən çıxıb evə gedən müəllimlər DƏHŞƏT YAŞADI – İKİSİ DƏ ÖLDÜ – FOTO

flash Hadisə qəza SON XƏBƏRLƏR təhsil
Loading...

2 gün əvvəl Ağcabədi rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Orman.Az Publika.az-a istinadla xəbər verir ki, rayonun Rəncbərlər və Hüsülü kəndlərinin yaxınlığından keçən hissəsində “Lada Priora” və “Mitsubishi Pajero” markalı minik avtomobillərin toqquşması nəticəsində vəfat edən “Lada Priora”nın sürücüsü Elsəvər Məmmədov və Həyat Məmmədova müəllim olub.

Hadisə müəllimlər kənd məktəbində dərslərini bitirərək Ağcabədi şəhərində yeni salınmış qəsəbədəki evlərinə qayıdarkən baş verib.

Bildirilir ki, E.Məmmədobv həm də Ağcabədidə “Yeni Abutiriyent” kursunda çalışırmış və rayonda tanınmış ingilis dili müəllimlərindən olub.

Qeyd edək ki, hadisə vaxtı digər avtomobildə olan üç nəfər – Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Vəfat edən Elsevər Məmmədovun bəzi fotolarını təqdim edirik.

Загрузка...