Azərbaycanda dəhşət: Kişi arvadını və oğlunu bıçaqlayıb

Hadisə Manşet
Loading...

Göyçay rayonunda ailə münaqişəsi qanla nəticələnib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Seyidov Qəfər Sadıq oğlu ailə münaqişəsi zəminində arvadı, 1967-ci il təvəllüdlü Seyidova Dürdanə Ələddin qızı və oğlu, 1987-ci il təvəllüdlü Seyidov Qəzənfər Qəfər oğlunu bıçaqlayıb. Q.Seyidov bud, çənə və qarın, D.Seyidova isə döş qəfəsi, qol və qarın nahiyəsindən bıçaq xəsarəti ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəbərin olsun:  Xüsusi karantin rejimi yenidən UZADILDI

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Загрузка...