Azərbaycanda dəhşət: Ana övladına işgəncə verib yandırdı

Hadisə Manşet
Loading...

Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb.

Trend-in məlumatına görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.Dünyamalızadəni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Xəbərin olsun:  "Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur" - Anar Hüseynov

Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

Загрузка...