Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi – RƏSMİ

Sağlamlıq
Loading...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxmuş 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb. 

Загрузка...