Azərbaycanda əhali siyahıya alınacaq

SON XƏBƏRLƏR Sosial
Loading...

Bu il oktyabrın 1-dən 10-dək Azərbaycanda əhalinin kütləvi siyahıya alınması keçiriləcək. Bunun üçün bütün hazırlıq işləri tam yekunlaşıb.

Orman.Az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, siyahıyaalma prosesinə hazırlıq işlərinə hələ 2017-ci ilin yanvarından başlanılıb. Ötən iki ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb. Siyahıyaalmanı tənzimləyəcək 50-yə yaxın normativ hüquqi sənəd hazırlanıb.

Keçən ilin oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıyaalınması keçirilib.

“Məqsəd bu idi ki, hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqini qiymətləndirək və eyni zamanda, proqram təminatını sınaqdan keçirək. Artıq siyahıyaalınma üçün tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilir. 34 mindən artıq insan bu təlimlərə çəlb ediləcək ki, siyahıyaalınma uğurla həyata keçirilsin”, – T.Budaqov deyib.

Siyahıyaalınmanın nəticələri isə 2022-ci ilin birinci rübünün sonunda açıqlanacaq.

“Bilirsiniz ki, bundan sonra 10 milyondan artıq sorğu siyahıları emal ediləcək, bu isə uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında öz əksini tapıb”, – deyə T.Budaqov bildirib.

Qeyd edək ki, fevralın 18-də Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb.

Məlumatlara görə, ötən il ölkə əhalisinin sayı 83 min 372 nəfər və ya 0,8 faiz artaraq, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 981 min 457 nəfərə çatıb.

Загрузка...