Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bina bərpa olunur

Manşet Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.

Orman.Az “Report”a istinadən xəbər verir ki, Tbilisi İnkişaf Fondu indiki “Gənclər sarayı” kimi fəaliyyət göstərən binanın bərpası ilə bağlı tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır.

Xəbərin olsun:  "Ermənistanın və işğalçı rejimin əlində alət olduqlarını nəhayət ki anlayacaqlar" - Bəyanat

Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tbilisi İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir.

“Gənclər sarayı”nın bərpa olunması işlərinə, ümumilikdə, 600 min lari (227 min dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Saray Tbilisinin mərkəzi Rustaveli prospekti, 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demmokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.

Загрузка...