Azərbaycan qırıcıları havaya qalxdı – FOTO/VİDEO

Cəmiyyət
Loading...

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Senariyə əsasən, Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Xəbərin olsun:  Xocavənd istiqamətində döyüşlər: Qaçmaq istəyən düşmən nəqliyyat vasitəsi tapmır - RƏSMİ

Təlimlər zamanı pilotlar, həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Загрузка...