Azərbaycan, İran və Gürcüstan yüklərin tranziti üçün elektron dəhliz yaradıb

İqtisadiyyat Manşet
Loading...

Azərbaycan, İran və Gürcüstan arasında yüklərin tranziti üçün elektron dəhliz yaradılıb.

Bunu İranın Gömrük İdarəsinin baş direktoru Mehdi Mirəşrəfi deyib.

Onun sözlərinə görə, bu dəhlizin birinci fazasında İran, Azərbaycan və Gürcüstan iştirak edir, növbəti fazasında isə Hindistan və Rusiya da qoşulacaq.

M. Mirəşrəfi deyib ki, bu layihənin icrasında məqsəd Şimal-Cənub dəhlizi yolunda olan ölkələrin tranziti üçün hazırkı potensiallardan istifadə etməkdir: “Vahid pəncərə sistemi ilə gömrük məlumatlarının onlayn mübadiləsi (müştərək sərhəd darvazası – red.) hazırda İran və Türkiyə arasında istifadəyə verilib və növbəti mərhələdə bu cür vahid pəncərə sistemi digər qonşu ölkələrlə də həyata keçiriləcək”.

Xəbərin olsun:  Azərbaycanda ad günlərini 4 ildən bir qeyd edənlər...

M. Miəşrəfi onu da bildirib ki, Çin, İraq, Türkiyə, BƏƏ və Əfqanıstan İranın önəmli ixrac tərəfdaşlarıdır. İran idxal sahəsində isə Çin, BƏƏ, Türkiyə, Hindistan və Almaniya ilə daha çox əməkdaşlıq edir.(apa)

Загрузка...