Avroliqanın finalına görə Bakıya 20 min azarkeş gələcək

İdman SON XƏBƏRLƏR
Loading...

Avropa Liqasının final oyunu ilə əlaqədər 20 min azarkeşin hava yolu ilə Azərbycana gəlməsi gözlənilir.

Orman.Az xəbər verir ki, bunu AFFA-nın hesabat konfransında qurumun baş katibi Elxan Məmmədov deyib.

Onun sözlərinə görə, oyunu izləmək üçün bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Загрузка...